"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvanpoçt”da ötən ildə 140 minə yaxın poçt bağlaması qəbul edilib və ya göndərilib.

  Həmçinin, hesabat dövründə “Naxçıvanpoçt”-un mərkəzi filialında iş saatı artırılıb. Məqsəd əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Artıq Naxçıvan şəhər mərkəzi poçtu şənbə-bazar günləri də daxil olmaqla həftənin 7 günü saat 08:00-dan 19:00-dək vətəndaşlara fasiləsiz olaraq xidmət göstərir.

Qeyd olunanlarla yanaşı, yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmətlərinin dəyərinin ödənilməsi ilə yanaşı, mərkəzi filialda müraciətlərinə əsasən telefon və internet çəkilişləri üzrə vətəndaşlardan ərizələrin qəbuluna da başlanılıb.  “Naxçıvanpoçt” tərəfindən vətəndaş mənunluğunun artırılması, göndərişlərin vaxtında və təhlükəsiz şəkildə çatdırılması, o cümlədən elektron ticarətin inkişafına yönəlmiş mühüm layihələr icra edilməkdədir.