"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini
inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında
irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının,
ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün
rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon
rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac
və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan
işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir
vasitədir"
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları təltif edilib
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN S Ə R Ə N C A M I
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlarının “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər: Bağırova Mənzilə Məsim qızı Haxverdiyev Əbil Hüseynəli oğlu Həşimov Nəbi Cəbrayıl oğlu Hüseynov Həsən Bəhrəm oğlu Hüseynov Zülqər Şəmil oğlu İbrahimov Hünbət İbrahim oğlu Qaybalıyev Vidadi Əkbər oğlu Məmmədov Rasim Mikail oğlu.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini BƏXTİYAR MƏMMƏDOV Naxçıvan şəhəri, 05 dekabr 2024-cü il № 24-07/S