Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumlarının əməkdaşları Zəfər Günü ərəfəsində Zəfər Parkında olublar. Azərbaycanın ərazi bütövlüyü naminə canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncamına əsasən qeyd edilir.