Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Belə ki, Nazirliyin tabeli qurumları muxtar respublikanın telekommunikasiya şəbəkəsində yeni fiber-optik magistral şəbəkənin yaradılması layihəsi, passiv optik şəbəkə avadanlıqlarının satınalınması, Data mərkəzində texniki infrastrukturun yaradılması, həmçinin müasir standartlara uyğun telekommunikasiya və telefoniya şəbəkə avadanlıqlarının alınması və quraşdırılması ilə bağlı açıq tender elan edib. Sorğunun keçirilməsində iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxslər əməkdaşlığa dəvət edilir.
Müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada etender.gov.az portalı üzərindən həyata keçirilir. Satınalmalarda iştirak etmək istəyən investorlar portala daxil olaraq şərtlərlə tanış olub, qeydiyyatdan keçə bilərlər.
https://etender.gov.az/main/competition/detail/298961
https://etender.gov.az/main/competition/detail/297702
https://etender.gov.az/main/competition/detail/298558
https://etender.gov.az/main/competition/detail/298556
https://etender.gov.az/main/competition/detail/298557
https://etender.gov.az/main/competition/detail/298554
https://etender.gov.az/main/competition/detail/298480
https://etender.gov.az/main/competition/detail/298491