"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 iyul tarixli Qərarı ilə “Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilmişdir.

Nizamnamədə Naxçıvan Təlim Mərkəzinin muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərdiyi müəyyən edilmiş, həmçinin Mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, idarə olunması forması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, ləğvi və yenidən təşkili qaydası öz əksini tapmışdır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 iyul tarixli Sərəncamı ilə “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilmişdir.
Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Şuranın sədri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri isə Şuranın üzvləri müəyyən edilmişdir.