"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin saytı AzStateNet şəbəkəsinə köçürülüb

 

 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən qurumların köhnə versiyalı informasiya resurslarının müasir dizaynda yenidən hazırlanaraq təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin veb-saytı “nmaliyye.gov.az” domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.

Həmçinin, saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.

Nazirliyin yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə gov.az domeninə bağlı e-poçt adresləri ilə təmin ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən muxtar respublikada dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirilir.