Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada dövlət qurumlarına aid veb səhifələrinin dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan İpoteka Fondunun (nif.gov.az) informasiya resursu yenilənərək AzStateNet şəbəkəsinə köçürülüb.
İstifadəçi rahatlığını nəzərə alaraq veb-sayt müxtəlif cihazların ekran ölçülərinə uyğun və innovativ yeniliklər əsasında müasir proqramlaşdırma üsullarından istifadə edilərək hazırlanıb. Həmçinin, internet resursu dizayn, quruluş və məzmun baxımından da istifadəçilər üçün əlçatan olması ilə də fərqlənir.
Yeni hazırlanan internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin edilib.