"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intellektual oyun təşkil olunub

Dekabrın 19-da Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan birinci liderlik və inkişaf platforması” çərçivəsində təlim və intellektual oyun təşkil olunub.

Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli liderlik bacarığına yiyələnmək üçün səbir, dözüm və özünüinkişaf amillərinin əhəmiyyətindən danışıb. Bildirib ki, insan çalışdığı sahədən asılı olmayaraq, bütün məsələlərə özü cavabdehlik daşıyır. Buna görə də hər kəs daim fərdi inkişafını diqqətdə saxlamalı, müasir dövrün tələbləri ilə uyğunlaşmalıdır.

İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmizdən sonra hər bir azərbaycanlı gəncin milli qürur hissinin daha da yüksəldiyini vurğulayan Fuad Nəcəfli, gənclərimizin qarşılarına qoyduqları məqsədə çatacaqlarına inandığını bildirib. Səlahiyyətli nümayəndə qeyd edib ki, məqsədə çatmaq üçün hədəflərin davamlılığını da təmin etmək lazımdır.

“Naxçıvan Təlim Mərkəzi”nin İdarə Heyətinin sədri Tağı Tağızadə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, mərkəz muxtar respublikanın dövlət orqanlarında çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda, peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərir.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini İlhamə Novruzova “Effektiv kommunikasiya və liderlik bacarıqları” mövzusunda təlim keçib. Təlim zamanı iştirakçılar interaktiv tapşırıqları icra ediblər.

Daha sonra iştirakçılar Azərbaycan Gənclər Fondunun Naxçıvan filialının təşkil etdiyi “Kim, Nə, Harada?” intellektual oyununa qatılıblar.

Təlimin gedişində fərqlənən iştirakçılara sertifikatlar, intellektual yarışın qaliblərinə isə mükafatlar təqdim olunub.