"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan-Bakı avtobus marşrutunda onlayn bilet satışına start verilib

Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişinlərin rahatlığının təmin edilməsi üçün bu marşrut üzrə avtobus biletlərinin satışı biletim.az platforması üzərindən onlayn qaydada həyata keçriləcəkdir. Bu yenilik sərnişinlər üçün bir sıra üstünlüklər yaradır və nəqliyyat xidmətlərinin daha müasir və əlçatan olmasını təmin edir.

Hazırda Naxçıvan-Bakı marşrutu üzrə gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir. Reyslər sərnişin təlabatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir. Yeni sistem sayəsində sərnişinlər öncədən bilet alaraq istədikləri reysdə yer təmin edə biləcəklər.

Onlayn bilet satışı sərnişinlər üçün bir sıra üstünlüklər təqdim edir. Ən əsası artıq avtovağzallara getməyə və kassalarda növbə gözləməyə ehtiyac qalmayacaq. Biletlər biletim.az platforması üzərindən istənilən vaxt və istənilən yerdən əldə oluna bilər. Bu həm vaxta qənaət etməyə,həm də səfərləri daha rahat planlaşdırmağa imkan verəcək.

Sistemin tətbiqi həm də nəqliyyat sektorunda şəffaflığı artıracaq. Hər bilet sistemdə qeydiyyata alınacaq, bu da sərnişinlər üçün təhlükəsiz və etibarlı səyahəti təmin edəcək. Eyni zamanda, sərnişin sayı və avtobuslarda doluluq səviyyəsi daha dəqiq idarə olunacaq ki, bu da reyslərin səmərəli planlaşdırılmasına kömək edəcək.

Biletim.az platforması istifadəsi dost interfeysə malikdir və hər kəs üçün əlçatandır. Sərnişinlər platformaya daxil olaraq Naxçıvan-Bakı marşrutunu seçir, uyğun reysi müəyyənləşdirir və ödənişi bank kartı ilə həyata keçrir. Elektron biletlər mobil cihazda saxlanıla və ya çap edilərək avtobusa minik zamanı təqdim oluna bilər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play” tətbiqindən yükləmək mümkündür.

İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.

Bu yenilik Naxçıvan və Bakı arasında səfər edən hər kəs üçün daha rahat və sürətli xidmət təqdim etməklə yanaşı, ümumilikdə sərnişindaşıma sektorunun müasirləşdirilməsinə mühüm töhfə verəcək.