"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi muxtar respublikada dövlət qurumlarına aid internet səhifələrinin yenilənməsi, dövlət internet şəbəkəsində yerləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir. Həyata keçirilən tədbirlərin davamı olaraq Nazirliyin mühəndis-proqramçıları tərəfindən  “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin  rəsmi internet saytı (nayda.gov.az) yenidən hazırlanıb.

Müasir metodlardan istifadə edilərək hazırlanmış veb-saytda əsas səhifədə Agentliyin fəaliyyət istiqamətləri,  muxtar respublikanın avtomobil yolları, yol qurğularının layihələndirilməsi, o cümlədən yol infrastrukturunun inkişafı və digər məlumatların yerləşdirilməsi üçün bölmələr hazırlanıb.

Saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresi ilə təmin olunub.

Vətəndaşların Agentliyə elektron formada müraciət etmələri üçün “Əlaqə” bölməsi yaradılıb. Bu bölmədə qurumun çağrı mərkəzi, qəbul günləri, ünvanı və onlayn müraciət qaydası haqqında məlumatlar yer alıb.

Yenilənən veb-sayt həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. Bu da öz növbəsində vətəndaşların saytdan rahat istifadəsinə şərait yaradacaqdır.