Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sakinlərə göstərilən bütün növ xidmətlərin o cümlədən, poçt, rabitə və nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Nazirliyin tabeli qurumu olan “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən Naxçıvan “ASAN xidmət” mərkəzində göstərilən poçt xidmətlərinin 4 mart 2024-cü il tarixdən nağdsız yolla həyata keçirilməsinə başlanılıb.
Yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmətlərinin dəyərini Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən müvafiq bank xidmətinə ödədikdən sonra bank tərəfindən verilmiş qəbzi poçt xidmətləri pəncərəsinə təqdim etməklə, mövcud bazada müvafiq ödənişlər qeydiyyata alınır.
Qeyd edək ki, bəhs olunan ödənişlər “ASAN xidmət” mərkəzinin daxili qaydalarına uyğun olaraq nağdsız həyata keçirilir.