"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

NASA ilk dəfə Günəşə çox yaxın bir məsafədən uçuş həyata keçirib!

NASA-nın kosmik aparatı daha əvvəl heç bir aparatın yaxınlaşmadığı qədər Günəşə yaxınlaşaraq tarixə düşüb. Parker Solar Probe adlanan aparat, Günəşin xarici atmosferi olan koronanın yandırıcı istiliyinə tab gətirərək Günəşə 6.1 milyon kilometr məsafəyə çatıb. Aparatın istilik qalxanları isə 930 dərəcə istiliyə dözə bilib.

2018-ci ilin avqustunda buraxılan Parker Solar Probe, Günəşi daha yaxından öyrənmək və kosmosdakı hava hadisələrini qabaqcadan müəyyən etmək üçün nəzərdə tutulmuş 7 illik bir missiyanı yerinə yetirir. Bu missiya, Yer üzündəki həyata təsir edə biləcək kosmos hadisələri haqqında daha çox məlumat əldə etməyi hədəfləyir. Parker Solar Probe proqramının elmi rəhbəri Arik Posner açıqlamasında, "Bu, NASA-nın cəsarətli missiyalarının bir nümunədir. Biz kainatımız haqqında uzun müddətdir cavablanmamış sualları cavablandırmaq üçün daha əvvəl heç kimin etmədiyini edirik" deyib.

Lakin aparatın Günəşə çox yaxın olması səbəbindən hazırda onunla əlaqə kəsilib. Parker aparatının sağ qalıb-qalmadığını isə 27 dekabrda müəyyən etmək mümkün olacaq.