Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Dövlət Radiotezliklər İdarəsinin nümayəndələrinin iştirakı ilə muxtar respublika ərazisində mobil rabitə siqnallarının, televiziya və radio yayımlarının keyfiyyətinin yoxlanılması məqsədilə monitorinq tədbirləri keçirib.
Tədbir zamanı Naxçıvan şəhəri, Şahbuz, Ordubad, Şərur və Sədərək rayonlarının ərazilərində efirdəki siqnalların vəziyyəti, mobil şəbəkə siqnallarının, televiziya və radio proqramlarının yayım vəziyyəti yoxlanılıb.