"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Muxtar respublikada rabitə xidmətləri üzrə vətəndaşların müraciətinə baxılıb

 

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublika üzrə həyata keçirilən vətəndaş qəbulunun birinci mərhələsi yekunlaşıb. Belə ki, cari ilin yanvar-fevral aylarında genişzolaqlı internet (43.2%), rabitə xidmətləri (5.9%), nəqliyyat sahəsi (3.4%), poçt xidmətləri (3.4%) və digər mövzular (44.1%) üzrə vətəndaşların müraciətləri dinlənilib.

Vətəndaş müraciətlərinin nəticələrinə əsasən Nazirliyin əməkdaşlarının iştirakı ilə rayon, şəhər və kəndlərdə müvafiq avadanlıqların internet tutumları artırılıb. Bəhs edilən dövrdə Babək rayonunun Babək şəhəri, Nehrəm, Cəhri qəsəbələrində, Hacıvar, Qahab, Sirab, Yarımca, Zeynəddin, Şıxmahmud, Güznüt, Ordubad rayonunun Dırnıs və Culfa rayonunun Əbrəqunus kəndlərində sakinlərin internet xidmətlərinə olan tələbatının təmin edilməsi məqsədilə mövcud avadanlıqların internet tutumları artırılıb. Nəticə etibarı ilə 800 evin genişzolaqlı internetlə təmin olunmasına şərait yaranıb.

Bunlarla yanaşı, vətəndaş qəbulları zamanı edilmiş müraciətlərə əsasən əhaliyə göstərilən sərnişindaşıma xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində Nazirlik bir sıra tədbirlər həyata keçirib. Belə ki, Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində aparılan monitorinqlərə əsasən Türkiyə Respublikası ilə sərhədin Sədərək-Dilucu arasındakı hissəsində yeni marşrut təşkil edilib. Həmçinin, Babək rayonunun Araz kəndindən Nehrəm, Babək və Naxçıvan istiqamətinə istismar olunan reyslərin sayı 2 dəfə artırılıb, Naxçıvan-Qahab-Naxışnərgiz marşrutlarının xidmət sahəsi genişləndirilərək  kənd sakinlərinin müraciətinə uyğunlaşdırılıb.

Nazirlik tərəfindən yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmət haqqlarının nağdsız yolla ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, əhaliyə keyfiyətli nəqliyyat, poçt, o cümlədən internet və rabitə xidmətlərinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər vətəndaş rahatlığının təmin edilməsinə şərait yaradacaqdır.