Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada elektron imzanın tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi uğurla həyata keçirilir. Belə ki, 2023-cü il ərzində 700-dən artıq elektron imza sertifikatı istifadəçilərə təqdim edilib ki, bunun da 51.7 faizi dövlət qurumlarının payına düşüb.
Qeyd edək ki, Elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsidir. İmzadan bütün vətəndaşlar, dövlət qurumları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər.
Məlumat üçün bildirilir ki, elektron imza almaq istəyən şəxslər müvafiq sənədləri Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edə bilərlər. Elektron imzadan istifadə qaydaları və ödəniləcək dövlət rüsumu haqqında ətraflı məlumatları nmincom.gov.az və token.sima.az saytı vasitəsilə əldə etmək olar.