Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada da uğurla tətbiq edilməkdədir.
Muxtar respublikada cari ilin ötən dövrü ərzində 5-i sahibkar, 24-ü hüquqi şəxs, 149-u dövlət qurumu olmaqla, ümumilikdə 178 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.
Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imza almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.