Muxtar respublikada müasir texnologiyaların tətbiq edilməsi nəticəsində telekommunikasiya xidmətlərinin əhatə dairəsi artırılır, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılır, telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərininin müasir səviyyədə təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Belə ki, cari ilin yanvar-may ayları ərzində muxtar respublikada 733 abonent yeni stasionar telefon xətti ilə, 2179 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində 45 abonentin mənzilinə isə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb, istismar müddəti ərzində fiber-optik xətlərdə yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Artan tələbat fonunda cari ilin yanvar ayında Naxçıvan şəhərinin Qaraxanbəyli, Ordubad rayonunun Aza, Kəngərli rayonunun Qarabağlar, Culfa rayonunun Bənəniyar, Yaycı, Ərəzin kəndlərində və rayon mərkəzində istismarda olan avtomat telefon stansiyalarının internet tutumları da artırılıb ki, nəticədə 550-dən artıq istifadəçinin internet ximətlərinə olan tələbatının ödənilməsinə şərait yaradılıb.
Həmçinin, hesabat dövründə rabitə və internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, internet verilişində qırılmaların qarşısının alınması məqsədilə evlərdə monitorinqlər aparılıb, yaranmış nasazlıqlar operativ olaraq aradan qaldırılıb.