"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini
inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında
irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının,
ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün
rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon
rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac
və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan
işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir
vasitədir"
Heydər Əliyev
MÜSABİQƏ ELANI
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvanpoçt" publik hüquqi şəxs "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş poçt markalarının eskizlərinin hazırlanması üçün müsabiqə elan edir!
Müsabiqənin məqsədi Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Muxtar Respublikasına aid xüsusi poçt markalarının hazırlanması üçün ən yaxşı eskizlərin müəyyən edilməsidir.
Loqonun dizaynı özündə ölkəmizin Konstitusiya və suverenlik tarixini əks etdirməli, eləcə də tarixi hadisələr, rəmzi fiqurlar, milli ornamentlər və digər yaradıcı yanaşmaları ilə fərqlənməlidir. İndiyədək istifadə olunmayan və mövcud loqotiplərin elementlərini təkrarlamayan nümunələr təqdim olunmalıdır.
Tarixi anları əbədiləşdirən poçt markasının müəllifi olmaq üçün yaradıcılığınızı bizimlə paylaşın!