"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Mülki Müdafiə işinin təşkili və həyata keçirilməsi” mövzusunda vebinar keçirilib

“Sosial tədbirlər” layihəsi çərçivəsində “Ümumdünya Mülki Müdafiə Günü” ərəfəsində 14 mart 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının və tabeli qurumlarının əməkdaşları üçün “Mülki Müdafiə işinin təşkili və həyata keçirilməsi” mövzusunda vebinar keçirilib.

Vebinarda Nazirliyin Aparatının Texnoloji inkişaf, nəqliyyat və poçt şöbəsinin əməkdaşı Hidayət Əlizadə tərəfindən mülki müdafiə anlayışı, fərdi mühafizə vasitələri, baş verəcək mülki müdafiə hallarından qorunma üsulları haqqında ətraflı məlumatlar verilib. Həmçinin, yanğından mühafizə üsulları və onun həyata keçirilməsində qurumun üzərinə düşən vəzifələrdən danışılıb.

Vebinarın keçirilməsində əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün davranış qaydalarının öyrədilməsidir.

#RİNN

#sosialtədbirlər