"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Mülki müdafiə anlayışı, rolu və vəzifələri mövzusunda vebinar keçirilib

 

Hər il martın 1-i Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur

Bu gün ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Sosial tədbirlər layihəsi” çərçivəsində 1 mart 2024-cü il tarixdə vebinar keçirib. Nazirliyin əməkdaşı Hidayət Əlizadə mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında slaydlar vasitəsilə iştirakçılara məlumat verib.

Bildirilib ki, əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində hazırlığı təmin etmək mülki müdafiə orqanları qarşısında duran başlıca vəzifələrdəndir. Hazırda Ümumdünya Mülki Müdafiə təşkilatına 50-dən çox ölkə daxildir və ölkəmiz 1993-cü ildən bu təşkilatın üzvüdür.

Həmçinin, vebinarda fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar,  fərdi mühafizə vasitələrindən istifadə qaydaları, havadan hücum, zəhərlənmə və digər təhlükələrdən mühafizə üsulları, o cümlədən ətraf mühit və təhlükəsizlik məsələləri barəsində maarifləndirici söhbətlər aparılıb.

Qeyd edək ki, vebinara Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları, o cümlədən istehsalat təcrübəsində olan tələbələr qoşulublar.