"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Mühəndis-proqramçılar “Beynəlxalq Təhlükəsiz İnternet Günü” münasibətilə keçirilən onlayn təlimdə iştirak ediblər

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən “Beynəlxalq Təhlükəsiz İnternet Günü” münasibətilə keçirilən onlayn təlimdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları da iştirak ediblər. Təlimdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Elvin Balacanovun “Sosial mediada dezinformasiyaya qarşı mübarizə”, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidmətinin əməkdaşı Günay Əbdiyevanın “Təhlükəsizliyin bilik və davranışların qədər güclüdür” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyevanın isə “Kiberdələduzluq və növləri” mövzularında çıxışları dinlənilib. Həmçinin, məlumatların qorunmasında istifadəçilərin mümkün kiberhücumlardan mühafizə olunmaları barədə ətraflı məlumatlar verilib, o cümlədən iştirakçıların diqqətinə çatdırılıb ki, kiberdələduzluq vasitəsilə istifadəçiləri aldadıb müxtəlif yollarla eyni olan, amma saxta olan hansısa sayta və ya digər resursa yönəltməklə onların fərdi məlumatları oğurlana bilər. Burada istifadəçilərin şəxsi məlumatları, İD nömrələri, elektron poçt ünvanları və s. məlumatları ola bilər. Bu təhlükələrdən qorunmaq üçün şəxsi məlumatlarını kənar şəxslərə ötürməmələri, yönləndirilən hər hansı saytın və həmin saytda tələb olunan kredit kartı, bank hesabı və bu kimi məxfi məlumatları yazmamaları, tələb olunan sorğulara şübhə ilə yanaşmaları və etibarlı mənbələrdən istifadə etmələri tövsiyə olunur.

Bu səbəbdən informasiya təhlükəsizliyi və ona qarşı yönəlmiş hücumların riskini azaltmaq üçün istifadəçilər təhlükəsizlik qaydalarını yaxşı bilməli, daim informasiya təhlükəsizliyi mövzusunda maariflənməlidirlər.