"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Mobil cihazlar Bill Gates-in ən böyük səhvi imiş!

Qeyts öz çıxışında Microsoftun niyə Android-i əvəz edə bilmədiyini açıqlayıb. “Proqram dünyasında, xüsusən də platformalara gəldikdə, bu bazarlar qalib gəlir. Mənim ən böyük səhvim Microsoft-un Android-i əvəz etmək fürsətini əldən verməsinə səbəb olan idarəçilik səhvlərim oldu”, – deyən Gates şirkətin bu sahədə uğursuzluğunun səbəb olduğunu bildirib. Həmçinin o bu səhvinin təxminən 400 milyon dollarlıq fürsəti qaçırmasına səbəb olduğunu da etiraf edib.

Bildiyimiz kimi, Android əməliyyat sistemi 2008-ci ildə, Apple 2007-ci ildə iPhone-u təqdim etdikdən sonra təqdim edilib. Microsoft mobil bazarına yalnız 2010-cu ildə Windows Phone 7 ilə daxil olub. Bununla belə, Gates bu gecikmənin Microsoft-un taleyini müəyyən etdiyini vurğulayıb. Microsoft-un bu sahədəki uğursuzluğu onun fərdi kompüter bazarında hökmranlığı ilə tamamilə ziddiyyət təşkil edir. Bildiyiniz kimi, Windows 1990-cı illərdə fərdi kompüter bazarında hökmranlıq edib və Microsoft-u texnologiya dünyasının zirvəsinə çatdırıb. Bununla belə, Gaets qeyd edib ki, mobildə uğur fərqli bir ölçüdür və bu sahədə uğur qazansalar, “bu gün bazara nəzarət edən şirkət” olacaqlar.