"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Misirdə hidrogen əsaslı enerji vasitəsilə çalışacaq göydələn inşa ediləcək

Reuters saytının vermiş olduğu məlumata əsasən Səudiyyə Ərəbistanının tabeliyində olan şirkət 2025-ci ilin əvvəlində Misirin yeni paytaxtında 55 mərtəbəli ofis göydələninin işasına start verməyi planlaşdırır. İnşası planlaşdırılan göydələnin əsas fərqləndirici tərəfi ondadır ki, onun enerji tələbatının böyük hissəsi təmiz hidrogenin emalı sayəsində təmin olunacaq. Məlumata əsasən bu göydələn layihəsinin dəyəri 1 milyard dollar təşkil edir. Layihənin reallaşdırılması barəsində qərar 2023-cü ilin yanvar ayında Davosda keçirilmiş 53-cü Ümumdünya İqtisadi Forumunun son günündə imzalanmışdı. Göydələnin inşa prosesi Səudiyyə Ərəbistanın Magnom Properties adlı şirkəti tərəfindən idarə ediləcək.
G ünəş panelləri göydələnin fasadına yerləşdiriləcək və onlar göydələnin elektrik enerjisi tələbatının 25%-ni ödəyə biləcəklər. Elektrik enerjisinin yerdə qalan hissəsi isə göydələnə maye şəklində ötürüləcək təmiz hidrogendən əldə ediləcək. Bu layihə çərçivəsində Misirin heç bir kommunal xidməti ilə əməkdaşlıq nəzərdə tutulmayıb. Layihənin uğurlu olacağı halda Magnom Properties şirkəti buna bənzər göydələnləri həmçinin Dubayda və Əbu-Dabidə də inşa ediləcək. Misirin yeni paytaxtındakı göydələnin inşasının 2030-cu ildə yekunlaşacağı nəzərdə tutulub.