"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq

Google şirkəti milyonlarla Android smartfonda Google Calendar tətbiqinin dəstəyini dayandırmaq niyyətindədir. Söhbət, olduqca köhnə Android versiyalar vasitəsilə çalışan smartfonlardan gedir. İnsayderlər aşkar ediblər ki, yaxın zamanda Android 7.0 Nougat və ondan daha əvvəlki Android versiyalarına sahib smartfonların istifadəçiləri Google Calendar tətbiqindən daha istifadə edə bilməyəcəklər. Tətbiq daxilinə artıq UnsupportedOperatingSystem__enabled adlı bənd əlavə edilib.
Həmin bəndə klikləyən zaman isə istifadəçiyə Android 8.0 Oreo-ya və ya ondan sonra istifadəyə verilmiş digər Android versiyalardan birinə keçid etmək məsləhəti təqdim edilir. Şirkətin bu addımı böyük ehtimal təhlükəsizlik ilə bağlıdır. Belə ki, köhnə Android versiyaları kiberhücumlara və məlumat sızıntılarına daha həssasdırlar. Google öz növbəsində Calendar tətbiqinin köhnə Android versiyalarında dəstəyinin nə zaman dayandırılacağı barəsində hələ rəsmi bir məlumat verməyib.