"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Milyonlarla ağıllı diş fırçası hakerlər tərəfindən kütləvi DDoS hücumunda silah kimi istifadə edilib!

Bu günlərdə dünyada milyonlarla istifadəçinin şəxsi məlumatlarını və ya şirkətlərin gizli məlumatlarını toplayan kibercinayətkarlar indi fərqli bir yola əl atıb. Belə ki, hakerlər milyonlarla dollar zərərə səbəb olan DDoS hücumu üçün ağıllı diş fırçaları kimi yeni bir üsuldan istifadə edib. Aargauer Zeitung qəzeti son hesabatında bildirir ki, 3 milyon ağıllı diş fırçası hakerlər tərəfindən istifadə olunur. Habelə İsveçrə şirkətinin internet saytına DDoS hücumunda yeni üsuldan istifadə olunub.

Ağıllı diş fırçaları istifadə edilərək həyata keçirilən DDoS hücumu nəticəsində şirkətin saytı çöküb və şirkət milyonlarla avro itirib. Ümumiyyətlə ağıllı diş fırçalarındakı əsas zəiflik Java əsaslı əməliyyat sistemlərinə aiddir. Həmçinin xüsusilə hansı brendin ağıllı diş fırçalarında bu zəifliyin və ya təhlükəsizlik boşluğunun olduğu açıqlanmayıb. Bu cihazlar ümumiyyətlə istifadəçilərin ağız gigiyena vərdişlərini izləmək və yaxşılaşdırmaq üçün istifadə olunur. Bununla belə, hakerlər diş fırçaları kimi gündəlik istifadə olunan cihazları zərərli proqramla ələ keçirə bilib və onları botnetin yəni, hakerlər tərəfindən idarə olunan cihazlar şəbəkəsinin bir hissəsinə çeviriblər.

İsveçrəli kibertəhlükəsizlik üzrə ekspert Stephan Züger diş fırçaları da daxil olmaqla bir bir çox cihazları qorumaq üçün bəzi təkliflər irəli sürüb. Züger qeyd edir ki, internetə qoşulmuş hər bir cihaz daim təhlükəsizlik zəiflikləri axtaran hakerlər üçün potensial hədəfdir. Bunun yanaşı o, bu yaxınlarda “mühafizəsiz” kompüteri internetə qoşdu və kompüterin zərərli proqramla yoluxmasının cəmi 20 dəqiqə çəkdiyini müəyyən etdi.