"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Microsoft Windows 11-dən WordPad tətbiqini siləcək

WordPad tətbiqi 30 ilə yaxın Windows əməliyyat sisteminin bir hissəsi olub. Sözügedən tətbiq ilk dəfə Windows 95 əməliyyat sistemində istifadəyə verilmişdi. İndi isə Microsoft şirkəti elan edib ki, o, yaxın zamanda WordPad tətbiqini Windows 11-dən siləcək. Maraqlısı ondadır ki, WordPad Windows tətbiqləri arasında Dark Mode rejimini əldə etməmiş tətbiqlərdən biri idi. Bu isə öz növbəsində şirkətin ondan imtina edəcəyinə işarə edirdi.