"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Microsoft süni zəkanın təlimatlandırılmasında modul tipli nüvə reaktorlarından istifadəni planlaşdırır

Verilmiş yeni məlumata əsasən Microsoft şirkəti süni zəkanın təlimatlandırılması üçün nəzərdə tutulmuş məlumat emalı mərkəzlərinin enerji ilə təmin olunmaları məsələsində modul tipli kiçik ölçülü nüvə reaktorlarından (SMR) istifadəni nəzərdən keçirir. Şirkət tərəfindən bir neçə müddət bundan öncə yerləşdirilmiş vakansiyada qeyd edilib ki, Microsoft öz energetik infrastrukturunu SMR vasitəsilə inkişaf etdirməyi planlaşdırır. İdeyaya əsasən bu cür nüvə reaktorlarının inşası daha ucuz başa gəlir və onlar atom elektrik stansiyalarından fərqli olaraq daha səmərəlidirlər. Qeyd etmək lazımdır ki, ABŞ-da mini nüvə reaktorları ideyası məşhurlaşmaqda davam edir. Lakin Microsoft ilk növbədə aşağıdakı məsələləri həll etməlidir.

- İşlək SMR layihəsinin hazırlanması

- Yüksək zənginləşdirilmiş yanacaq növünün tapılması

- Nüvə tullantılarının uzun müddət ərzində saxlanması məsələsinin həll olunması.