Microsoft şirkəti fotoların tərtibatı və redaktəsi üçün nəzərdə tutulmuş süni zəka əsaslı Designer adlı platformasını istifadəyə verib. Bu yeni platforma nəticə etibarilə məşhur Canva servisinin alternativi ola bilər. Uzun müddət ərzində baş tutmuş beta test mərhələsindən sonra Designer platforması Microsoft istifadəçi hesabına sahib bir çox istifadəçi üçün aktivdir. Bu platforma həm veb versiyada, həm Android və iOS üçün nəzərdə tutulmuş mobil tətbiq versiyasında, həm də Windows üçün desktop tətbiq versiyasında aktivdir. O, 80-dən çox dili dəstəkləyir.
İstifadəçilər Designer çərçivəsində süni zəkadan istifadə edərək fotolar tərtib edə və ya artıq mövcud fotoları redaktə edə bilərlər. Designer-də istifadəçilər üçün çoxlu sayda şablon mövuddur. Onlar istifadəçilərə ən geniş yayılmış növlərdə fotoların tərtib edilməsində yardımçı olacaqlar. Daha təcrübəli istifadəçilər öz şablonlarını hazırlayaraq və fərdi fotolardan istifadə edərək hər şeyi sıfırdan yarada bilərlər. Bundan əlavə olaraq Designer-də tərtib edilmiş fotoları Microsoft-un Copilot çat-botu sayəsində Word və PowerPoint layihələrə yerləşdirmək olar. Lakin bunun üçün Copilot Pro abunəliyi lazım olacaq.