"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Microsoft süni intellekt və axtarış sahəsində OpenAI ilə rəqib olub!

Microsoft və OpenAI arasında münasibətlər rəsmi olaraq daha da mürəkkəbləşib. Belə kİ, daha əvvəl əməkdaşlıq edən texnologiya nəhəngləri indi rəqib olduqlarını açıqlayıblar. Beləliklə, Microsoft şirkəti milyardlarla dollar sərmaye qoyduğu OpenAI şirkəti ilə süni intellekt və axtarış sahəsində rəsmi olaraq rəqib olub.

Qeyd edək ki, Microsoft süni intellekt nəhəngini indi rəqiblər siyahısına əlavə edib. İndiyə qədər isə bu siyahıda Amazon, Apple, Google və Meta kimi nəhəng şirkətlər yer alırdı. Maraqlısı budur ki, Microsoft şirkətini OpenAI ilə uzunmüddətli əməkdaşlığı mövcuddur. Şirkət, xüsusi bulud xidməti təminatçısı kimi çıxış edir və mürəkkəb süni intellekt modellərindən istifadə edirdi. Microsoft həm də süni intellekt nəhənginin ən böyük investorlarından biridir. CNBC-nin məlumatına görə, Redmond mərkəzli nəhəng OpenAI şirkətinə 13 milyard dollar sərmaye qoyub.

Microsoft etdiyi açıqlamada ChatGPT yaradıcısı olan OpenAI-ni süni intellekt təklifləri ilə yanaşı axtarış və xəbər reklamçılıq sahəsində də rəqib olaraq görür. Ötən həftə OpenAI, SearchGPT axtarış mühərrikinin ilkin versiyasını bizlərə elan etmişdi. Bəzi şirkətlər, süni intellekt modellərinin bacarıqlarından yararlanmaq üçün OpenIAI ilə əməkdaşlıq edir. Digərləri isə Microsoft-un Azure Enterprise xidmətindən istifadə edir. СhаtGРТ-yə alternativ axtaranlar isə Microsoft-un Copiltor çatbotu Bing axtarış mühərrikinə müraciət edir.