"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Microsoft reklam izləmək müqabilində pulsuz oyun verə bilər!

Hazırda internetdə bir çox platformada reklam yayımlanır. Belə ki, YouTube, Facebook, Instagram habelə Twitch kimi məşhur platformalarda reklamlardan əhəmiyyətli dərəcədə istifadə olunur. Ümumiyyətlə bir çox şirkət reklam vasitəsi ilə gəlir qazanmağı üstün tutur. Microsoft şirkəti isə reklam müqabilində istifadəçilərinə pulsuz oyun vermək üçün hazırlıq görməyə başlayıb. Bildiyimiz kimi, hazırda Microsoft Xbox Cloud Gaming bulud oyun xidmətində sadəcə Fortnite oyununu pulsuz təklif edir. Habelə indi texnologiya nəhəngi reklam izləmək müqabilində pulsuz təklif edilən oyunların sayını artıra bilər.

Microsoft Gaming CFO-su Tim Stuart ötən ayın sonunda Wells Fargo TMT sammitində verdiyi müsahibədə reklam izləmək müqabilində pulsuz oyun əldə etməklə bağlı imkandan da bəhs edib. Stuart müsahibədə bildirib ki, “Dünyanın istənilən nöqtəsindən o cümlədən Afrika, Hindistan Cənub-Şərqi Asiyadan 30 saniyəlik reklam izləmək müqabilində 2 saat oyun oynamaq imkanı əldə etmək istəyirsiniz?”. Bununla da texnologiya nəhənginin gələcək planlarından biri ortaya çıxıb.

Qeyd edək ki, Cloung Gaming-ə əlavə ediləcək reklam müqabilində oyun ideyası əsasən smartfon istifadəçilərinin, oyun konsolları və ya fərdi kompüterlərin çox olduğu bazarlarda uğurlu ola bilər. Microsoft şirkətinin isə belə genişmiqyaslı təcrübəyə başlayıb-başlamayacağını isə zaman göstərəcək. Analitiklərə görə Microsoft tərəfində xüsusilə Xbox Cloud Gaming-də işlər son bir ildə yavaşlayıb. Habelə ötən il Xbox Cloud Gaming istifadəçilərinin sayı 20 milyonu ötmüşdü.