"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

"Microsoft" qlobal nasazlığı həll etmək üçün bərpa aləti hazırlayıb

"Microsoft" "CrowdStrike" proqram yeniləməsinin səbəb olduğu qlobal nasazlığı həll etmək üçün bərpa aləti hazırlayıb.

Bərpa aləti problemin həlli prosesini xeyli sadələşdirmək və sürətləndirmək üçün düzəldilib.

Bərpa alətindən istifadə üçün şirkət ətraflı təlimatlar və zəruri şərtlərin siyahısını təqdim edib. Bunlara təsirə məruz qalan kompüterdə azı 8 GB boş yer, inzibatçı hüquqları, "BitLocker" bərpa açarı (şifrələməli kompüterlər üçün) və azı 1 GB tutumlu yüklənə bilən USB disk daxildir.

Qeyd edək ki, iyulun 19-da “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda dünya üzrə “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunub. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.

Microsoft qlobal nasazlığın təxminən 8,5 milyon Windows cihazına təsir etdiyini açıqlayıb.