Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
2014-cü ildə Microsoft-un "Think Week" tədbirində ortaya çıxan sualtı məlumat mərkəzi ideyası sahilyanı icmalara sürətli bulud xidmətləri təqdim etmək və ümumilikdə enerjiyə qənaət etmək məqsədi daşıyırdı. Layihənin ilk sınağı 2018-ci ildə Sakit Okeanda, Şotlandiyanın Orkney adaları sahillərində baş verib.
Dataların batırıldığı yer sərin iqlimi, tamamilə günəş və külək enerjisi ilə işləyə bilən enerji şəbəkəsi sayəsində ideal bir təcrübə sahəsi hesab olunurdu. “Natick Northern Isles” adlanan məlumat mərkəzində 864 server və 27,6 petabayt yaddaş tutumu var idi ki, bu da yüz minlərlə yüksək səviyyəli istehlakçı sinifi kompüterlərin hesablama gücünə bərabərdir. Sınaq nəticəsində, 2020-ci ildə ortaya çıxan "Natick Northern Islands" məlumat mərkəzi, 864 serverdən yalnız 8-nin uğursuz olduğunu göstərdi ki, bu da qurudakı məlumat mərkəzləri ilə müqayisədə uğursuzluq nisbətinin yalnız səkkizdə birini təşkil edir.
Microsoft bu uğuru iki əsas amillə əlaqələndirir: Birincisi avadanlıq suyun altında qaldığı üçün daim sərin saxlanılır, ikincisi isə oksigen əvəzinə azotla doldurulmuş qapalı mühit komponentləri korroziyaya daha davamlı edir.