Microsoft şirkəti elan edib ki, o, Bing axtarış sisteminin süni zəka əsaslı çat-botuna yenicə istifadəyə verilmiş DALL-E 3 neyron şəbəkəsini inteqrasiya edəcək. Qeyd etmək lazımdır ki, DALL-E 3 mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi üçün nəzərdə tutulmuş DALL-E adlı neyron şəbəkəsinin yeni versiyasıdır. Yaxın zamanda ChatGPT çat-botunun ödənişli versiyası olan ChatGPT Plus-a inteqrasiya ediləcək DALL-E 3 sistemi istifadəçilərin sorğularını daha yaxşı anlayır və DALL-E 2-dən fərqli olaraq fotoları daha dəqiq və detallı şəkildə tərtib edə bilir. Microsoft-un DALL-E 3-ü Bing-ə nə zaman inteqrasiya edəcəyi bilinmir.