"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Microsoft Copilot PDF faylları emal edə bilir və bu məxfiliyi poza bilər!

Microsoft öz veb brauzerinə mümkün qədər çox süni intellekt funksiyasını inteqrasiya etməyə çalışır. Belə ki, Microsoft Edge brauzerinin daxili PDF sənəd oxuyucusu da yeni süni intellekt təkmilləşdirmələri dəsti əldə edib. Yenilənmə ilə Copilot süni intellekt funksiyası ilə PDF sənədini skan edir və açar sözləri vurğulayır. Analitiklərə görə Microsoft Copilot PDF fayllarını emal etməklə məxfiliyi poza bilər.

Yeni aləti PDF oxuyucu interfeysində mövcud “Copilotdan soruş” düyməsinin yanında görünən düyməni klikləməklə istifadə etmək olar. Bu alət, müvafiq açar sözlər və ifadələr yaratmaq üçün bütün PDF sənədinin skanını işə salır. İstifadəçi daha sonra brauzerdə Copilot yan panelini açmaq və həmin açar sözlə bağlı daha çox məzmun və ya məlumat əldə etmək üçün onlardan hər hansı birini seçə bilər. Mütəxəssislər düşünür ki, Copilot PDF fayllarını oxuyarkən istifadəçi məlumatlarının məxfiliyi ilə bağlı problemlərə səbəb ola bilər.

Çox güman ki, Microsoft tezliklə yeni süni intellekt funksiyasının əhatə dairəsini Word sənədləri, Excel cədvəlləri və PowerPoint təqdimatlarını əhatə edəcək şəkildə genişləndirəcək. Bu xüsusiyyət Edge-ə əlavə edilmiş bir neçə süni intellektə əsaslanan funksiyalardan yalnız biridir. Əvvəllər brauzerdə uyğunluqları və sözləri aşkar edərək səhifədə məlumat tapmağı asanlaşdıran ağıllı axtarış funksiyası mövcud idi. Habelə, Süni intellektlə işləyən “tema generatoru” mətn işarələrini vizual dizayna çevirir. Süni intellekt hətta effektiv naviqasiya üçün tab qruplarına avtomatik adlar təyin etməyi öyrənib. Canary preview quruluşuna əsasən, Microsoft Edge-də süni intellektin istifadəçiyə gözdən keçirməsi üçün saytları tövsiyə etmək qabiliyyətini təkmilləşdirməyə çalışır. Bu yeniliklərin mahiyyəti və funksionallığı hələ tam məlum deyil, lakin Microsoft-un süni intellektin mümkün olan hər yerdə geniş şəkildə tətbiqinə olan marağı gün keçdikcə daha da artır.