Microsoft bütün süni zəka funksiyalarını Windows Intelligence brendi altında birləşdirəcək
Görünür, Microsoft şirkəti Windows-un son versiyalarında istifadəyə verilmiş bütün süni zəka funksiyalarının əsaslı rebrendinqinə hazırlaşır. Məlumata əsasən Copilot, Windows Recall və digər süni zəka funksiyaları yaxın zamanda Windows Intelligence adlı vahid brend altında birləşə bilərlər. Windows Intelligence adı öz növbəsində Microsoft şirkətinin marketinq mövzusunda Apple şirkətini kopyalamağa çalışmasına bənzəyir.
Belə ki, Apple şirkətinin məhsullarındakı süni zəka funksiyaları Apple Intelligence adlı vahid ekosistemdə cəmləşiblər. Mütəxəssislərin sözlərinə əsasən onlar Windows faylları daxilində Windows Intelligence terminini aşkar ediblər. Görünür, Microsoft əməliyyat sisteminə inteqrasiya edilmiş bütün süni zəka funksiyalarını bu ad altında birləşdirmək istəyir. Bunun olacağı halda şirkət özünün Copilot brendindən imtina edə bilər.