"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“MİCROSOFT” KORPORASİYASI TƏRƏFİNDƏN KEÇİRİLƏN VEBİNARLAR DAVAM EDİR

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən Naxçıvan Dövlət Texniki Kollecində tələbələrə “Robotic Process Automation- tez-tez təkrar olunan işlərin tam və ya qismən avtomatlaşdırılması”, “Hibrid həllərin tətbiqi”, “Süni intellektin sənayedə tətbiqi” mövzusunda vebinar keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib, Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsinə  göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılması, mobil rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi diqqətdə saxlanılır. Vebinarda “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər komissiyasının üzvü Qaçay Mirzəyev dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqindən bəhs edib. Robotic Process Automation- tez-tez təkrar olunan işlərin tam və ya qismən avtomatlaşdırılması mövzusunda keçirilən təlimdə kompüterdə və digər sistemlərdə tez-tez təkrar olunan tapşırıqların 60%-nı avtomatlaşdırmaq və bunun üstünlüyü zamana qənaət etmək, daha səmərəli işləmək imkanı olması diqqətə çatdırılıb.

Vurğulanıb ki, “Microsoft” korporasiyasının əksər həllərini hibrid rejimdə istifadə etmək mümkündür. Bu zaman cari infrastruktura yatırılmış sərmayeləri daha səmərəli istifadə etməklə, müasir bulud həllərinin təqdim etdiyi üstünlüklərdən də faydalanmaq olar. Təlimçi süni intellekt haqqında məlumat verərək bildirib ki, hazırda bu sistem dünyanın bir çox ölkəsində, müxtəlif sahələrdə və müxtəlif problemlərin həlli üçün tətbiq olunur. Tibbi diaqnozların qoyulmasından başlayaraq, robotların idarəsi, trade platformaları, insan resurslarının idarə olunması, özünü idarə edən maşınlar və insan təhlükəsizliyi kimi sahələrdə süni intellektin tətbiqinə rast gəlmək olar. Cuzi və ya insan faktoru olmadan süni intellekt sistemləri və maşın öyrənməsi vasitəsilə proseslərin, qərar qəbul edilməsinin avtomatlaşdırılması bir çox sahələrdə tətbiq olunur.