"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Meta süni intellektlə yeni sosial media formatı qurur

Mark Zuckerberg sosial medianın gələcəyini artıq “metaverse” yox, süni intellekt üzərində qurur. Şirkətin son maliyyə hesabatı zamanı çıxış edən Zuckerberg bildirib ki, süni intellekt yeni media formatına çevriləcək və sosial şəbəkələr daha “immersiv” və interaktiv olacaq.
Onun sözlərinə görə, sosial media indiyə qədər mətn, foto və video mərhələlərindən keçib. İndi isə növbəti böyük addım AI sayəsində mümkün olan tam yeni formatlardır. Zuckerberg qeyd edib ki, hazırda tətbiqlər sadəcə alqoritmlər kimi işləyir və məzmun tövsiyə edir, amma gələcəkdə Meta platformaları istifadəçini “başa düşən” AI-larla açılacaq və hər kəs üçün fərdi, avtomatik yaradılmış kontent təqdim ediləcək.
Meta artıq bu strategiyanın ilkin nümunəsini təqdim edib. Şirkətin Meta AI tətbiqində istifadəyə verilən “Vibes” adlı yeni lentdə istifadəçilər qısa, süni intellektlə yaradılmış videoları skroll edə bilirlər. Zuckerberg bildirib ki, gələcəkdə istifadəçilər sadəcə bir mətn əmri ilə oyun və ya virtual dünya yarada və bunu dostları ilə paylaşa biləcəklər. Hətta videoların interaktiv olması, izləyicinin videonun içinə “daxil olması” belə mümkün ola bilər.