"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə etməklə süni zəka əsaslı çat-botlar yarışına qoşulub. Bundan əlavə olaraq şirkət bir neçə süni zəka personajı ilə ünsiyyət qurmaq imkanını da yaradıb. Həmin süni zəka personajları isə məşhur şəxsləri imitasiya edirlər. Şirkətin əsas çat-botu olan Meta AI ilə ünsiyyət ChatGPT ilə ünsiyyətə bənzəyir. Şirkət onu geniş istifadə imkanlarına sahib universal alət kimi qələmə verir. ChatGPT-də olduğu kimi Meta AI da istifadəçilərin suallarına cavab verə bilir. Bu funksiya Microsoft Bing ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

Meta AI real zaman ərzində veb axtarış nəticələrini istifadəçiyə təqdim edir. Bu isə onu internetə çıxışı olmayan digər oxşar sistemlərdən fərqləndirir. Meta AI sisteminin daha bir vacib üstünlüyü də ondadır ki, o, Midjourney kimi fotoların tərtib edilməsini reallaşdıra bilir. Meta AI ilə yanaşı şirkət həmçinin süni zəka personajları layihəsini də reallaşdırıb. Bu personajlardan hər biri məşhur şəxsləri imitasiya edir. Onlara misal olaraq Kendall Jenner, Snoop Dogg və Paris Hilton-u gətirmək olar