"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Meta şirkəti AudioCraft adlı yeni süni zəka sistemini təqdim edib

Meta şirkəti AudioCraft adlı generativ süni zəka sistemini təqdim edib. Sözügedən sistem açıq mənbəli koda sahibdir və istifadəçinin mətn formatında təsviri əsasında audio faylın tərtib edilməsi üçün nəzərdə tutuluib. AudioCraft özündə ayrı-ayrılıqda 3 süni zəka modelini birləşdirir. Söhbət, MusicGenAudioGen və EnCodec adlı süni zəka modellərindən gedir. MusicGen musiqilərin tərtib edilməsi üçün nəzərdə tutulub və o, Meta-nın musiqiləri və bu məqsədlər üçün nəzərdə tutulmuş lisensiyalı musiqilər əsasında təlimatlandırılıb. Təlimatlandırılma prosesində istifadə edilmiş musiqilərin ümumi xronometrajı isə 200 000 saat təşkil edib.

AudioGen səslərin və ətraf mühit effektlərinin tərtib edilməsi üçün, EnCodec isə səsin keyfiyyətli emalı üçün nəzərdə tutulub. Musiqiçilər artıq uzun müddətdir ki, elektron səslər ilə müxtəlif təcrübələr aparırlar. Lakin kompüter tətbiqləri artıq mövcud olan səs nümunələri vasitəsilə musiqiləri yaradırlar. AudioCraft tərəfindən tərtib edilən audio fayl isə yalnız istifadəçinin mətn formatındakı təsvirinə əsaslanır. Meta şirkəti AudioCraft vasitəsilə tərtib edilmiş audio nümunələri jurnalistlərə təqdim edib.

Məlumatda qeyd edilib ki, tərtib edilmiş audio fayl nümunələrindəki fit, külək, siqnal kimi küy effektləri olduqca həqiqi səsləniblər. Lakin nümunələrdə olmuş gitara səsləri təbii hiss olunmayıblar. Hal hazırda AudioCraft tərəfindən tərtib edilən audio fayllar növbəti hit mahnıya bənzəməsələr də, Meta şirkətinin fikrincə o, yeni musiqi dəbi dalğasını gətirə bilər. Şirkət etiraf edib ki, mətnlərin tərtib olunması üçün nəzərdə tutulmuş süni zəka sistemlərindən fərqli olaraq musiqilərin tərtib olunması üçün olan süni zəka sistemlərinin yaradılması çox qəlizdir.