"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Meta proqram təminatı kodlarını tərtib edə biləcək süni zəka modelini işə salmağa hazırlaşır

Meta şirkətı süni zəka sahəsindəki yeni məhsulunu təqdim etməyə hazırlaşır. Söhbət, proqram təminatı kodlarının tərtib edilməsi imkanına sahib süni zəka modelindən gedir. Bu layihə Code Llama adını əldə edib. Sözügedən layihə Meta-nı GoogleMicrosoft və OpenAI şirkətlərinin daxil olduqları siyahıya əlavə edə bilər. Code Llama adlı süni zəka modeli istifadəçinin sorğusu əsasında proqram təminatı kodlarını tərtib edə biləcək. Gözləntilərə əsasən sözügedən süni zəka modeli açıq mənbəli koda sahib olacaq və o, artıq bu həftə ərzində işə salına bilər.

Code Llama öz növbəsində OpenAI şirkətinin Codex adlı oxşar sistemi ilə rəqabət aparacaq. Llama 2 adlı yeni nəsil böyük dil modeli əsasında hazırlanmış Code Llama mətnin tərtib edilməsi və anlaşılması üçün dil modelinin imkanlarından istifadə edir. Code Llama-nın əsas məqsədi real zaman ərzində proqram təminatı kodunun tərtib edilməsi prosesinin avtomatlaşdırılması hesabına süni zəka köməkçilərinin yaradılmasının sadələşdirilməsindədir. Bu öz növbəsində tərtibatçılıq prosesinin effektivliyini yüksəldəcək və Microsoft-un GitHub Copilot kimi ödənişli süni zəka sistemindən imtina etməyə şərait yaradacaq.