“Meta” şirkəti “Facebook” və “Instagram” platformalarında reklam göstərməyən ödənişli abunə xidməti təklif etməyi planlaşdırır.
Bu yeni xidmət yalnız Avropa İttifaqı (Aİ) ölkələrində mövcud olacaq. “Meta”nın bu addımı Aİ-nin məlumat məxfiliyi və reklam haqqında tənzimləyici yoxlama və məxfiliklə bağlı narahatlıqlara cavab olaraq ortaya çıxır.
Qeyd edək ki, "Meta Platforms", "Inc"., (ticarət adı "Meta"; əvvəllər "Facebook, Inc".), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına "Facebook", "Facebook Messenger", "WhatsApp", "Instagram", "Facebook Watch", "Facebook Portal", "Oculus", "Giphy", "Mapillary" və digərləri daxildir.
2021-ci ilin oktyabrında media orqanları "Facebook"-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirib. Həmin ayın sonunda – oktyabrın 28-də "Meta" olaraq rebrendinq edildi.