"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Messenger.com platforması fəaliyyətini dayandırır!

Texnologiya nəhəngi Meta, istifadəçiləri təəccübləndirən bir qərarla özəl mesajlaşma xidməti olan Messenger.com platformasının fəaliyyətini dayandıracağını elan edib. Şirkətin rəsmi açıqlamasına görə, aprel ayından etibarən bu müstəqil veb-sayt vasitəsilə ünsiyyət qurmaq mümkün olmayacaq və xidmət tamamilə Facebook-un əsas saytına inteqrasiya ediləcək.

Brauzer vasitəsilə yazışmağa davam etmək istəyənlər üçün əsas ünvan artıq Facebook-un daxili mesajlaşma bölməsi olacaq. Messenger.com platforması bağlandıqdan sonra, sayta daxil olmağa çalışan hər kəs avtomatik olaraq “facebook.com/messages” ünvanına yönləndiriləcək ki, bu da istifadəçilərə demək olar ki, eyni interfeysi təklif edir.

Bu dəyişiklik xüsusilə Facebook hesabını dondurmuş, lakin mesajlaşma xidmətindən istifadə etməyə davam edən şəxslərə ciddi təsir göstərəcək. Çünki Messenger.com platforması ləğv edildikdən sonra brauzer üzərindən yazışmaq üçün aktiv Facebook hesabına giriş etmək mütləq tələb olunacaq; əks halda, bu istifadəçilər üçün yeganə çıxış yolu mobil tətbiqdən istifadə etmək olacaq.

Meta bu qərarın dəqiq səbəbini açıqlamasa da, şirkətin strategiyasında xidmətləri birləşdirməyə və sadələşdirməyə getdiyi aydın görünür. Xatırladaq ki, şirkət ötən ilin dekabr ayında Windows və Mac üçün nəzərdə tutulan tətbiqləri də dayandırmışdı. İndi sıranın Messenger.com platformasına gəlməsi, xidmətin tamamilə əsas Facebook ekosisteminə qaytarıldığını sübut edir.