"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Məşhur çat-botlardan hansıları daha çox konfidensial məlumat yığır?

Çin mənşəli süni zəka modelləri, məsələn, DeepSeek ətrafında artan narahatlıqlara baxmayaraq, yeni bir araşdırma göstərir ki, bu qorxular bəlkə də şişirdilmişdir - ən azından məxfilik baxımından. Əslində, bəzi məşhur ABŞ mənşəli süni zəka çat-botları daha çox şəxsi məlumat toplaya bilər. DeepSeek yanvar ayında açıq mənbəli koda sahib flaqman süni zəka modelini təqdim edəndə, ABŞ texnologiya sektoru güclü reaksiya verdi. Bəzi mütəxəssislər bu hadisəni "süni zəkanın gündəlik həyatın bir hissəsinə çevrildiyi an" kimi qiymətləndirdi. 2 gün ərzində 12 milyon insan bu süni zəka çat-botunu yüklədi.

Bunun ardınca məxfilik və təhlükəsizliklə bağlı çoxsaylı problemlər yarandı. Nəticədə, ABŞ və bir sıra digər ölkələrdə həm dövlət, həm də özəl təşkilatlar DeepSeek-in istifadəsini qadağan etdi. Ancaq əsas məqam budur: Bütün bu səs-küyə baxmayaraq, DeepSeek məxfilik qaydalarını ən çox pozan süni zəka tətbiqi deyil. Surfshark VPN provayderinin son məlumatlarına görə, Google Gemini ən çox məlumat toplayan süni zəka tətbiqidir. Tədqiqatçılar Apple App Store-da ən məşhur çat-botların məxfilik siyasətini araşdırıblar. Analiz olunan tətbiqlər bunlardır: ChatGPT, Gemini, Copilot, Perplexity, DeepSeek, Grok, Jasper, Poe, Claude və Pi. Araşdırmada aşağıdakı amillər müqayisə edilib:
- Hər bir tətbiqin hansı növ məlumatları topladığı
- İstifadəçilərlə bağlı hansı fərdi məlumatların yığıldığı
- Tətbiqin üçüncü tərəf reklamverənlərlə əməkdaşlıq edib-etmədiyi.
Araşdırma nəticəsində tədqiqatçılar belə qənaətə gəliblər ki, Google Gemini digər çat-botlarla müqayisədə daha çox fərdi məlumat toplayır. Gemini, istifadəçilərlə bağlı 35 məlumat növündən 22-ni, o cümlədən həssas məlumatları toplayır. Bu məlumatlara yer məlumatları, istifadəçi məzmunu, cihazın kontakt siyahısı və baxılmış veb səhifələrin tarixi daxildir. Nəticədə, Gemini bu sahədə araşdırmaya daxil edilən digər məşhur çat-botları xeyli üstələyir. Əsas məqamlar:
- Cəmi 3 tətbiq - Gemini, Copilot və Perplexity - istifadəçilərin dəqiq yerini izləyir.
- Çat-botların 30%-i, o cümlədən bəzi data brokerləri, istifadəçilər haqqında məxfi məlumatları üçüncü tərəflərə ötürür.
- Bu məlumatlar arasında istifadəçi lokasiyası və baxış tarixçəsi də var.
Bundan əlavə araşdırmaya daxil edilən çat-botların 30%-i istifadəçilər haqqında məlumat toplayır. Copilot, Poe və Jasper istifadəçi məlumatlarını öz kommersiya məqsədləri üçün istifadə edir. Bu o deməkdir ki, tətbiq vasitəsilə toplanan məlumatlar digər mənbələrlə əlaqələndirilərək fərdi reklam və ya reklam kampaniyalarının analizi üçün istifadə oluna bilər. Bundan əlavə Copilot və Poe cihaz identifikatorlarını da toplayır. Jasper isə istifadəçi ilə məhsul arasındakı qarşılıqlı əlaqə, reklam məlumatları və tətbiqdəki bütün fəaliyyətlər barədə məlumatları qeyd edir.
Təhlilə görə, mübahisəli DeepSeek R1 modeli orta səviyyədə qərarlaşır - nə ən yaxşı, nə də ən pisdir. DeepSeek R1 ümumilikdə 11 unikal məlumat növü toplayır. Əsasən kontakt məlumatları, istifadəçi məzmunu və diaqnostik məlumatları qeydə alır. Digər tərəfdən, ChatGPT isə 10 unikal məlumat növü toplayır. Bura kontakt məlumatları, istifadəçi məzmunu, identifikatorlar, istifadəçi fəaliyyəti və diaqnostik məlumatlar daxildir. Əhəmiyyətli məqam: ChatGPT istifadəçilərin söhbət tarixçəsini də qeyd edir. Lakin istifadəçilər istəyərsə, müvəqqəti çat funksiyasından istifadə edərək bu qeydiyyatdan yayına bilərlər.    Eyni zamanda, DeepSeek-in məxfilik siyasətində qeyd olunur ki, istifadəçilər söhbət tarixçəsini idarə edə və onu ayarlarda silə bilərlər. DeepSeek-ə məxfilik qaydalarının pozulması ilə bağlı müxtəlif səbəblərdən şikayətlər daxil olub. Əsas narahatlıq odur ki, ABŞ ictimaiyyəti izlənmə, kibermüharibələr və milli təhlükəsizliklə bağlı digər risklərə daha çox məruz qala bilər. DeepSeek-in məxfilik siyasətində açıq şəkildə yazılıb. "Topladığımız şəxsi məlumatlar sizin yaşadığınız ölkədən kənarda yerləşən serverdə saxlanıla bilər. Biz toplanmış məlumatları Çin Xalq Respublikasında yerləşən təhlükəsiz serverlərdə saxlayırıq".