"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Marsın bəzi bölgələri həyatı dəstəkləyəcək şəraitə sahib ola bilər!

Nature Communications Earth & Environment jurnalında dərc olunmuş bu yeni tədqiqat, xüsusilə mikroskopik bitkilərin sağ qala biləcəyi bir mühitin mümkün olduğunu vurğulayır. Araşdırmanın mərkəzində Marsda həyatın meydana gələ biləcəyi ideal yerlərin var ola biləcəyinə dair fikir dayanır. Tədqiqatçılara görə, bir ərazinin həyat üçün əlverişli olma potensialı, Yer kürəsində olduğu kimi, yer və ətraf mühit faktorları ilə sıx bağlıdır. Marsın böyük hissəsi quraq, soyuq və çox az atmosferə malikdir. Atmosfer çatışmazlığı isə planeti Günəşin zərərli ultrabənövşəyi şüalarına qarşı müdafiəsiz edir.

Lakin aparılan araşdırmaya əsasən, Marsın 30 ilə 60 dərəcə enlikləri arasında yerləşən bölgələrdə Günəş şüalarının təsirinin nisbətən az olduğu müəyyən edilib. Bu ərazilərin həyat üçün əlverişli şəraitə malik olma potensialı olduqca yüksəkdir. Bu bölgələr, Yer kürəsinin tropik bölgələri ilə müqayisə edilir və əgər həyat mövcud ola biləcəksə, bu ərazilərdə ola biləcəyi düşünülür. Araşdırmanın ən mühüm nəticələrindən biri, bu bölgələrdə Günəş işığının çox olmaması səbəbindən az da olsa suyun mövcud ola biləcəyinə dair göstəricilərdir. Məlum olduğu kimi, Marsda su var, lakin bu su, əsasən planetin qütb bölgələrində donmuş vəziyyətdədir.

Təbii ki, bu araşdırma Marsda həyatın mütləq mövcud olduğunu sübut etmir, lakin bu ərazilərdə həyatın yaranma ehtimalının digər bölgələrə nisbətən daha yüksək olduğunu deyə bilərik.