Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini Həbib Novruzov tədbiri giriş sözü ilə açıb. O, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Nazirliyin əməkdaşı Hidayət Əlizadə payız-qış mövsümünə hazırlıq məqsədilə və mülki müdafiə sahəsində görülmüş işlərlə bağlı məlumat verib.