Bəzən məlumatlarımızın flaş yaddaşların sıradan çıxması səbəbi ilə itməsi böyük problemlərə yol aça bilir. Məhz bu problemin qarşını ala bilmək üçün əsrlər boyu məlumatlarınızı saxlayacaq flaş yaddaş hazırlanıb. Qeyd edək ki, bu yaddaş cihazı sadəcə 8KB məlumat saxlaya bilir. Bu isə bizə sadəcə 8000 simvola qədər yazıları bu yaddaş qurğusunda saxlamağa imkan verir.
Yeni flaş yaddaş 8KB FRAM-a malikdir və 8000 simvola qədər mətnin uzunmüddətli saxlanması üçün nəzərdə tutulub. Blaustahl adlanan yeni flaş yaddaş məlumatlarınızı 200 ilə qədər saxlamaq qabiliyyətinə malikdir. FRAM (Ferroelektrik RAM) illərdir istifadə olunur, EEPROM və ya NOR flash ilə müqayisədə ultra aşağı enerji istehlakı, daha sürətli yazma və ultra uzun yazma dayanıqlığı təklif edir. Bu yaddaş texnologiyasının qiyməti olduqca yüksəkdir və daha çox çox məlumatların qeydə alınması, sensor şəbəkələri üçün istifadə olunur.
Məşhur analitiklər bildirir ki, FRAM 35°C-də 200 ilə qədər istifadə imkanı təklif edir. Infineon-a görə NOR flaşı 55°C-də 20 ilə qədər istifadə təklif edir. Məlumatlara görə, NAND flash eyni şərtlər altında 16-20 il istifadə oluna bilir. Qeyd edək ki, 30×16 mm ölçüyə sahib olan bu yaddaş qurğusu USB Type-A portuna sahibdir və 29.95 avroya satılır.