"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Məlumat

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Naxçıvan Avtomobil Nəqliyatı Agentliyi tərəfindən Naxçıvan-Bakı-Naxçıvan istiqamətlərində beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobus marşrutlarında sərnişin sıxlığı nəzərə alınaraq həmin istiqamətlərdə reyslərin sayı artırılır.

Vətəndaşlar əlavə olunmuş avtobus reysləri üzrə ətraflı məlumatları və biletləri Naxçıvan şəhərində, o cümlədən Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarında yerləşən  avtovağzalların kassalarından əldə edə bilərlər.