"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Əlahiddə Ümumqoşun Orduda yeni tikilən hərbi obyektlərlə tanışlıq olub

Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni inşa edilən “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində olub.

Keçirilən brifinqdə slayd vasitəsilə kompleksdə yaradılan şərait və imkanlar barədə ətraflı məlumat verilib, tikinti prosesindən hazırlanmış videoçarx nümayiş olunub.

Sonra “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksi ilə əyani tanışılıq zamanı bildirilib ki, kompleksdə 1 mərkəz, 3 şöbə, 4 bölmə, 8 sex, 10 sahə yaradılıb. Kompleks əsasən Türkiyə Respublikasından gətirilən 103 adda dəzgah və cihaz, 8 adda sınaq qurğusu, 132 adda digər təmir avadanlıqları ilə təchiz edilib. Burada silahların, avtomobil texnikalarının, artilleriya və hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə avadanlıqlarının, mühəndis texnikalarının və aqreqatlarının təmiri, mexanikləşdirilmiş emal sexləri fəaliyyət göstərəcək. Silahların təmiri sexində ən son texnoloji avadanlıqlarla atıcı silahların qumla təmizlənməsi və kimyəvi üsulla yenidən rənglənməsi işləri də aparılacaq. Qeyd olunub ki, kompleksdə bütün növ texnikaların mühərriklərini əsaslı şəkildə təmir etdikdən sonra müasir elektron vasitələrlə sınaqdan keçirmək mümkündür. Həmçinin texnikalarda olan yanacaq, hava, yağ və elektrik sistemləri avadanlıqları təmir prosesi keçdikdən sonra yeni nəsil sınaq qurğuları ilə yoxlanılacaq. Elektron və rabitə avadanlıqlarının təmiri sexində xüsusi antistatik otaqlarda elektron avadanlıqların və optik gecəgörmə cihazlarının təmiri və sınaqdan keçirilməsi mümkündür.

Kompleksin istehsalat bölməsində isə plastik, şüşə və mebel emalı sexləri fəaliyyət göstərəcək. Burada avtomobillərin, zirehli texnikaların, rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin ehtiyat hissələri üçün saxlanc yerləri də yaradılıb.

Həmin gün Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün tikilən əsgəri-məişət kompleksi ilə də tanışlıq olub. Məlumat verilib ki, ən müasir tələblər səviyyəsində inşa olunan 4 mərtəbəli binada əsgər yataqxanası, yeməkxana, çay otaqları, zabitlər üçün iş və sinif otaqları vardır. Binada fərdi qazanxana quraşdırılıb və istilik sistemi çəkilib.

Əlahiddə Ümumqoşun Orduda real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmalarının, müxtəlif ixtisaslar üzrə dərs və məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarının tədris olunması, eləcə də praktiki məşq etdirilməsinin nəzərdə tutulduğu vurğulanıb.