"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Kvant dünyasında zamanın iki istiqamətdə axdığı məlum olub

Böyük Britaniya alimlərinin son araşdırması göstərib ki, kvant reallığında zaman həm irəli, həm də geri axa bilər. Bu kəşf zamanın xətti olması ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına atır və əlavə tədqiqatlara ehtiyac yaradır. Ənənəvi olaraq, zaman keçmişdən gələcəyə doğru hərəkət edən xətti axın kimi qəbul edilir. Lakin Surrey Universitetinin Riyaziyyat və Fizika Məktəbi alimlərinin aparmış olduqları yeni araşdırma bu anlayışı şübhə altına atır. Onlar müəyyən ediblər ki, kvant dünyasında zaman hər iki istiqamətdə axa bilər. Bu isə fizikanın fundamental qanunlarını dərk etməyə yeni imkanlar açır. Alimlər kvant sistemlərinin zaman içində davranışlarını analiz etmək üçün riyazi modellərdən istifadə ediblər. Tədqiqat zamanı makroskopik dünyada zamanın niyə yalnız bir istiqamətdə axdığı ilə bağlı bir neçə fərziyyə irəli sürülüb:
- Birinci fərziyyə - kvant sisteminin ətraf mühiti çox mürəkkəb və genişdir, buna görə də mühitin detalları sistemin öz davranışına təsir etmir.
- İkinci fərziyyə - enerji və informasiya axını ilə bağlıdır. Klassik dünyada sistem enerjisini itirdikdə, o enerji bir daha geri qayıtmır.
  Bu fərziyyələr tətbiq edildikdə, tədqiqatçılar kvant sistemlərinin təkamülünü təsvir edən tənliklərin zamanın irəli və ya geri hərəkət etməsindən asılı olmayaraq dəyişməz qaldığını müşahidə ediblər. Bu, zamanın geri dönmə simmetriyasının mövcudluğunu göstərir, yəni fizika qanunları zamanın istiqamətindən asılı deyil.
     Tədqiqatın müəlliflərindən biri, Andrea Rocco, bildirib ki, hisslərimiz bizə zamanın yalnız bir istiqamətdə hərəkət etdiyini desə də, nəzəriyyə bunun əks istiqamətdə də mümkün olduğunu göstərir. Bu kəşf zaman və onun təbiətini daha dərindən anlamaq üçün yeni bir əsas yaradır. Bundan əlavə, alimlər zamanla bağlı maraqlı bir aspekt aşkar ediblər. Onların modelləri zamanda fasilələrin mövcudluğunu göstərir.
  Əksər fiziki tənliklər zamanda davamlı və ardıcıl dəyişiklikləri nəzərdə tutur, lakin bu tədqiqatın nəticələri zamanın müəyyən anlarda qırıla biləcəyini göstərir. Tədqiqatın baş müəllifi Thomas Gough vurğulayıb ki, bu mexanizm gözlənilməz olsa da, zaman və fizika arasındakı əlaqənin mürəkkəbliyini ortaya qoyur. Bu nəticələr kvant mexanikasında zaman anlayışının yenidən nəzərdən keçirilməsinə yol açır. Ənənəvi təsəvvürləri şübhə altına atan bu araşdırma, zamana dair daha dəqiq izahlar tapmaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu göstərir.