Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr hazırlığı prioritet olmaqla, əməkdaşların aidiyyəti sahələr üzrə zəruri biliklərə yiyələnmələri hər zaman diqqətdə saxlanılır. Bu məqsədlə də “Sosial tədbirlər” layihəsi çərçivəsində Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə müxtəlif aktual mövzularda vebinarlar keçirilir. Belə ki, 17 yanvar tarixində Nazirliyin və tabeli quurmlarının əməkdaşları üçün “Komputer şəbəkələri” mövzusunda vebinar keçirilib. Nazirliyin əməkdaşı Ruqəyyəxanım Qəribzadə komputer şəbəkələri, şəbəkənin növləri, şəbəkə kartı, eləcə də OSI (Open System Interconnection) modeli və səviyyələri haqında ətraflı məlumatlar verib. Sual-cavab şəklində davam edən təlimdə iştirakçıların mövzu ilə bağlı rəy və təklifləri dinlənilib.